160-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

160-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 160-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 261 təyyarəsi, 145 helikopteri, 1664 PUA-sı, 361 zenit-raket kompleksi, 4225 tank və digər zirehli texnikası, 782 reaktiv yaylım atəş sistemi, 3240 artilleriya və minaatanı, 4655 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: