Ruslar ermənilər üçün silah sərgisi təşkil etdi

Ruslar ermənilər üçün silah sərgisi təşkil etdi

Rusiyanın Cənub Hərb Dairəsinin hərbçiləri Ermənistanda müasir silahlar, hərbi və xüsusi texnikanın nümayişini təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsindən məlumat verilib.

Bildirilib ki, hərbçilər ermənilərə döyüş maşınları və xüsusi texnikasının xüsusiyyətləri, üstünlükləri və texniki göstəriciləri barədə məlumatlar veriblər. Mütəxəssislər qonaqlara Rusiya silahlarından istifadənin uğurlu təcrübəsi haqqında danışıblar.

Məlumatda qeyd olunub ki, göstərişlərə baxmağa gələn ermənilər T-72B tankı, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu ilə xüsusi maraqlanıblar. Hətta erməni gənclərini tanklara da mindiriblər.

Bundan başqa, sərgidə AK-12 avtomatı, RPQ-7 qumbaraatanı və 7.62 mm-lik “Peçeneq” pulemyotu da nümayiş olunub.

Teqlər: