Ruslar bu istiqamətdə qüvvələrini artırır

Ruslar bu istiqamətdə qüvvələrini artırır

Rusiya 3-cü Ordu Korpusunun hissələrini Donetsk istiqamətindən Zaporojye və Xarkov vilayətlərinə köçürərək bölgədə güclənməyə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Donetsk vilayətində də onlar eyni vaxtda bir neçə istiqamətdən Kodema qəsəbəsi üzərində nəzarəti bərqərar etməyə çalışırlar, döyüşlər davam edir.

Slavyansk istiqamətində isə rus bölmələri Prişib, Qusarovka və Krasnopolye yaxınlığına artilleriya və MLRS-dən atəş açmağa davam edir.

Rusiya qüvvələri Şnurkov istiqamətində irəliləməyə cəhd etsələr də, geri çəkilməyə məcbur edilib. Hazırda bölgədəki itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Teqlər: