Rusiya ordusu Şərq istiqamətində döyüş potensialının səviyyəsini artırmaq və aktiv hücum əməliyyatlarını bərpa etmək üçün qüvvələrini və vasitələrini yenidən qruplaşdırırlar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
“Kupyansk və Liman istiqamətlərində bir ay davam edən gərgin döyüşlərdən və əhəmiyyətli itkilərdən sonra düşmən Rusiya ərazisindən yeni yaradılmış briqadaları və bölmələri eyni vaxtda köçürməklə öz qüvvələrini və vasitələrini yenidən qruplaşdırır. Bu tədbirlərin məqsədi döyüş potensialının səviyyəsini artıraraq aktiv hücum əməliyyatlarını bərpa etməkdir”, – Sırski bildirib.