Qabırrı çayından sel keçdi

Qabırrı çayından sel keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 21:00-a olan məlumatına əsasən Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, Samux rayonunun Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan yağış nəticəsində saat 20:00-da Qabırrı çayından sel keçib.

Cənub-şərq küləyi əsib, arabir Naftalanda saniyədə 24, Goranboyda 22 metrədək güclənib.

Teqlər: