Ruslar bu istiqamətdə geri çəkilir – Ukrayna

Ruslar bu istiqamətdə geri çəkilir – Ukrayna

Ukraynalı müdafiəçilər düşmənin Dolqenkoye-Dolina istiqamətində hücumunu dayandırıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ddüşmən Dolqenkoye-Dolina istiqamətində hücum əməliyyatları aparır. Əsas səylər İzyum-Slavyansk istiqamətində hücumun davam etdirilməsinə yönəlib. O mövqelər qoşunlarımızın artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulub. Müdafiəçilərimiz düşmənin Dolqenkoye-Dolina istiqamətində hücum cəhdini qətiyyətlə dayandırıb, ruslar geri çəkilir”,- məlumatda deyilib.

Teqlər: