Ruslar bu imkanı həmişəlik itirdi – Ekspert

Ruslar bu imkanı həmişəlik itirdi – Ekspert

Rusiya qüvvələri Donetskin administrativ sərhədlərinə çıxa bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı ekspert Roman Svitan deyib.

“Rusların Donetsktin administrativ sərhədlərinə çıxması bu minillikdə dəqiq mümkün olmayacaq. Onlar bu imkanı keçən il qaçırdılar. Hərçənd ötən il onlar 2 min km cəbhə boyunca genişmiqyaslı hücuma başlamasaydılar, o zaman mövcud qüvvələrlə Donetskin sərhədlərinə çata bilərdilər. Bu imkan onlar üçün həmişəlik itirildi”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Donetskin Baxmut şəhərində hazırda şiddətli döyüşlər davam etməkdədir.

Teqlər: