Ruslar bu ərazilərdən geri çəkildilər

Ruslar bu ərazilərdən geri çəkildilər

Rus ordusu Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarılır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 29-da Ukrayna ordusu rusların həmin ərazilərdə olan qüvvələrinə zərbələr endirib. Məhz bundan sonra Rusiya ordusu şəhsi heyət və texnikasını geri çəkib.

“Poloqa şəhərinə təxminən 40-a yaxın yaralı gətirilib. Çerniqovkadakı qoşunlar tamamilə çıxıb. Hazırda bu yaşayış məntəqəsinin ətrafında bir neçə blokpost və 100-ə qədər hərbçi var. Digər qüvvələr Tokmak və Berdyansk şəhərlərinə çəkiliblər”, – məlumatda bildirilib.

Teqlər: