Ruslar bu bölgəni 170 mərmi ilə vurdu

Ruslar bu bölgəni 170 mərmi ilə vurdu

Rusiya işğalçıları bir sutka ərzində Sum vilayətinə 170-dən çox müxtəlif növ mərmi atıblar.

AzerTimes xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

“Ruslar gün ərzində ərazilərimizi 12 dəfə atəşə tutublar. Onlar iki təyyarədən 10 raket olmaqla, 170-dən çox müxtəlif növ mərmi atıblar.

Xüsusilə, Şalıqin, Nikolayev, Belopol, Xotin, Yunakov, Krasnopol icmaları düşmən atəşi altında qalıb”, – Jivitski bildirib.

Teqlər: