Ruslar bir neçə istiqamətdə hücum etdi

Ruslar bir neçə istiqamətdə hücum etdi

24 saat ərzində rus işğalçıları eyni anda bir neçə istiqamətdə cəbhəyə hücum ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, gün ərzində 61 hərbi toqquşma qeydə alınıb, ümumilikdə ruslar 7 raket və 61 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 89 hücum həyata keçirib.

Eyni zamanda, Liman istiqamətində Ukrayna ordusu Donetsk rayonunun Ternı kəndi ərazisində rusların 8 hücumunu dəf edib, burada ruslar Ukrayna hərbçilərinin müdafiəsini yarmağa cəhd edib.

Baxmut istiqamətində Ukrayna hərbçiləri Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazilərində 14 hücumu dəf edib. Rusiya aviasiyanın dəstəyi ilə taktiki vəziyyəti yaxşılaşdırmağa çalışdığı Spirnoe, İvano-Daryevka, Boqdanovka, İvanovskoye, Klişeyevka, Çasov Yar, Donetsk vilayətində də analoji vəziyyət yaşanıb.

Teqlər: