Ruslar Kaxovka SES-də terror aktına çoxdan hazırlaşırdılar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin spikeri Andrey Yusov deyib.
“Rusların təbliğatçılarının, rəsmilərinin hadisəyə reaksiyalarının ardıcıllığına baxanda görürük ki, əvvəlcə heç nəyin baş vermədiyini, daha sonra hissə-hissə nələrinsə baş verdiyini, ən sonda isə Ukraynanın günahkar olduğunu dedilər. Onlar sevinirlər ki, guya adalarda olan ukraynalı hərbçilər batıblar. Ruslardan başqa heç kim Kaxovka SES-də belə miqyaslı partlayış törədə bilməzdi. Ukrayna öz tərəfdaşlarını başqa kanallarla məlumatlandırmışdı ki, ruslar bəndi minalamağa hazırlaşır və partlayış mümkündür. Bu, spontan akt deyil, bu, rusların çoxdan hazırlaşdığı teraktdır”, – Yusov bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bu varianta da hazır olub.