Ruslar Baxmutda uğurlar əldə ediblər – Britaniya

Ruslar Baxmutda uğurlar əldə ediblər – Britaniya

Rusların Baxmutda tədricən irəliləməsi şəhərdə Ukrayna qarnizonunun təchizatında problemlər yaradır. Ruslar iki əsas yolu atəş altında saxlayırlar.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Qeyd olunur ki, son bir həftə ərzində rus ordusu Baxmutu mühasirəyə almaq cəhdlərində lokal uğur əldə edib və şəhəri təmin edə biləcək iki əsas marşruta yaxınlaşa biliblər:

“Ukrayna ordusu üçün əsas sayılan M03 və H32 yolları hazırda Rusiya ordusunun atəş nəzarəti altındadır. Bundan başqa, “Vaqner” döyüşçüləri Baxmutdan Severskə aparan yolu tamamilə kəsiblər”.

Teqlər: