Ruslar Avdeyevkada böyük hücuma keçdi

Ruslar Avdeyevkada böyük hücuma keçdi

Ruslar dünən Avdeyevkaya kütləvi şəkildə hücuma keçiblər.

AzerTimes xəbər verir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş məlumat verib.

“Vəziyyət çox gərgin olaraq qalır. Doğrudan da, dünən (oktyabrın 10-u – red.) onlar kütləvi şəkildə hücuma keçdilər. Şəhər ətrafında mövqelərin kütləvi atəşə tutulması başladı. Həm şimaldan, həm cənubdan hücum oldu. Onlar böyük qüvvələrlə onlarla zirehli texnikaya hücum ediblər. Onların çoxu yandırılıb. Dünənki hücumda 2 minə yaxın şəxsi heyət iştirak edib”, – Barabaş vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün çox çətin olub.

Teqlər: