Ruslar 50-ci illərin silahı ilə döyüşə göndərilir – Britaniya

Ruslar 50-ci illərin silahı ilə döyüşə göndərilir – Britaniya

Rus çağırışçıları silahsız və ya ötən əsrin 50-ci illərdən qalan avtomatlarla cəbhəyə göndərilir. Silahlardan bir çoxu saxlama şəraitinin pis olması səbəbindən yararsız vəziyyətdədir.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın ortalarından bəri Rusiya bir neçə min yeni səfərbər edilmiş hərbçini Ukraynada cəbhə xəttinə yerləşdirib. Bir çox hallarda onlar zəif silahlarla təmin edilir. Açıq mənbələrdən alınan fotoşəkillər göstərir ki, səfərbər edilmiş ehtiyatda olan əsgərlərə verilənlər ilk dəfə 1959-cu ildə təqdim edilmiş AKM-lərdir. Onların bir çoxu, ehtimal ki, pis saxlama səbəbindən demək olar ki, yararsız vəziyyətdədir. Rusiyanın nizami döyüş hissələri əsasən 5,45 mm-lik AK-74M və ya AK-12 hücum tüfəngləri ilə silahlanır”, – məlumatda qeyd olunub.

Teqlər: