Ruslar 4 istiqamətdə irəliləyir: 40-dan çox hücum…

Ruslar 4 istiqamətdə irəliləyir: 40-dan çox hücum…

Rusiya ordusu dörd istiqamətdə irəliləyir, 40-dan çox hücuma cəhd göstərirlər. Döyüşçülərimiz cəsarətlə xətti qoruyurlar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ruslar Liman, Baxmut, Avdeyevski və Maryinski istiqamətlərində hücuma keçməyə çalışırlar.

Məlumatda qeyd olunub ki, Baxmut şəhərində döyüşlər davam edir, düşmən Boqdanovka və Çasovoy Yar istiqamətində də uğursuz hücum əməliyyatları keçirib. Donetsk vilayətinin 10 yaşayış məntəqəsi düşmən tərəfindən atəşə tutulub.

Teqlər: