Rusla evli olan məşqçi brifinqdən qovuldu

Rusla evli olan məşqçi brifinqdən qovuldu

Sloveniyanın “Lyublyana” futbol klubunun azarkeşləri komandanın yeni baş məşqçisi Albert Rieranı mətbuat konfransından çıxarıblar.

AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Espanyol” və bir sıra digər klublarda çıxış edən Albert Riera 2009-cu ildən rusiyalı Yuliya Koroleva ilə evlidir. Karyerasını başa vurduqdan sonra ispan futbolçu bir müddət Omskda yaşayıb və burada yerli futbol məktəbində məşqçi olub.

Azarkeşlər Rieraya onu klubda görməkdən məmnun olmadıqlarını bildirərək, məşqçini mətbuat konfransını tərk etməyə məcbur ediblər.

Teqlər: