Rusiyaya VII sanksiya paketinə bunlar daxil edilir

Rusiyaya VII sanksiya paketinə bunlar daxil edilir

Avropa Birliyi Kremlə qarşı yeddinci sanksiya paketini hazırlayır. Lakin bu paketdə Rusiya qazının tədarükünə məhdudiyyətlər qoyulmayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala deyib.

Baş nazir bildirib ki, AB üzvü olan ölkələr bu prosesə tezliklə uyğunlaşa bilməyəcək:

“Artıq yekunlaşdırılmaq üzrə olan sanksiyalara qızıl idxalı və Rusiyaya ixracı qadağan edilən ikili təyinatlı malların siyahısının genişləndirilməsi daxildir. Bu isə daha çox fiziki şəxsləri hədəf alacaq”.

Qeyd edək ki, Çexiya iyulun 1-dən AB-yə sədrlik edir.

Teqlər: