Rusiyaya sanksiya tətbiq edəcək sahə qalmayıb – Baş nazir

Rusiyaya sanksiya tətbiq edəcək sahə qalmayıb – Baş nazir

Avropa Birliyi Rusiyaya yeni sanksiyalar tətbiq etməkdə çətinlik çəkir.

AzerTimes xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kaja Kallas danışıb.

Kallas qeyd edib ki, sanksiyaların tətbiq oluna biləcəyi çox sahələr qalmadığı üçün bu, artıq problemdir.

Onun fikrincə, Avropa Birliyinin bu mövzuda vahid mövqe tutması getdikcə çətinləşir.

Qeyd edək ki, AB cümə axşamı günü həm yeni iqtisadi məhdudiyyətlər, həm də şəxsi sanksiyaların genişləndirilmiş siyahılarını özündə birləşdirən səkkizinci antirusiya sanksiyalar paketini təqdim edib.

Teqlər: