Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

İrəvanda baş verən hadisələri qiymətləndirərkən nəzərə almaq lazımdır ki, hazırkı Baş nazir Nikol Paşinyan, onun rəhbərlik etdiyi hazırkı hökumət, eləcə də Paşinyanın partiyasının konstitusiya çoxluğuna malik olduğu parlament Ermənistan vətəndaşlarının əksəriyyətinin dəstəyinə arxalanır.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Yəni antirusiya kursu, rusofobiya, Rusiya Federasiyasından Qərbə dönüş, ABŞ, Fransa (Paris və İrəvan arasında faktiki strateji müttəfiqlik), NATO, AB ilə aktiv flört – bu, bütövlükdə müasir erməni cəmiyyətində hakim olan ovqat və siyasi seçimdir.

Yəni illüziyalar (guya erməni cəmiyyəti Rusiyaya qarşı deyil – red.) olmasın – bu, təəssüf ki, mövcud reallıqdır”, – o bildirib.

Teqlər: