Rusiyaya qarşı uğursuzluq oldu danışıqlara başlamaq lazımdır

Rusiyaya qarşı uğursuzluq oldu danışıqlara başlamaq lazımdır

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları uğursuzluğa düçar olub və buna görə də Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Orbanın sözlərinə görə, Macarıstanın da daxil olduğu sülh düşərgəsi var və burada mövcud böhranın həlli sülh danışıqları vasitəsilə görülə bilər:

“Müqəddəs Ata sülh tərəfdarıdır. Kissincer sülh tərəfdarıdır. Biz Almaniyada idik, Habermas adlı hörmətli bir filosof var, solçu, bizim siyasi icmadan deyil. Amma o da bizimlə eyni şeyi deyir. Amerikalılar, respublikaçılar, dünya səviyyəli iş adamları var. Mən hiss edirəm ki, atəşkəs, daha sonra atəşkəsdən sonra sülh sazişi üçün səs daha da güclənir”.

Teqlər: