Bu müharibədə qalib gələnə qədər Ukraynanı dəstəkləyəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.
O bildirib ki, ukraynalılar ərazi bütövlüyü tam bərpa olunana qədər Böyük Britaniyanın dəstəyinə arxalana bilərlər:
“Son rus tankı traktorla döyüş meydanından çıxarılana qədər Ukraynaya kömək edəcəyik”.
Nazir qeyd edib ki, məsələni sona çatdırmaq üçün strateji dözümlülük lazımdır.