Bu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək

Bu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək

Macarıstan bu qış “Qazprom”a təxirə salınmış ödəniş istisna olmaqla, Rusiya qazı üçün ən azı 4 milyard avro ödəməli ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Macarıstan, təxirə salınmış məbləği nəzərə almasaq, Avropada qış dövründə Rusiya qazı üçün təxminən 4 milyard avro və ya daha çox pul ödəməli ola bilər”, – deyə bildirilib.

Qeyd edək ki, Budapeştin təxminən 1,9 milyard avro məbləğində üç illik gecikmiş ödənişi var.

Macarıstanın MVM şirkəti qiymətlərin kəskin dəyişməsi səbəbindən “Qazprom” ilə qazın ödənişini təxirə salmaq barədə müqavilə bağladığını bildirmişdi.

Teqlər: