Rusiyaya qarşı sanksiyalara alternativ “üçüncü dünya müharibəsi” olardı – Bayden

Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara
alternativ “üçüncü dünya müharibəsi” olardı.

AzerTimes-ın məlumatına görə, bunu bloqer Brayan Koenə müsahibəsində
ABŞ Prezidenti Cozef Bayden deyib.

“Baxın, iki variant var idi: üçüncü dünya müharibəsinə, Rusiya
ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: beynəlxalq
hüquqa bu qədər zidd hərəkət edən bir ölkənin etdiklərinin əvəzini
ödəməsi”, – deyə C.Bayden bildirib.

Eyni zamanda, onun sözlərinə görə, o, sanksiyaların Vaşinqtonun
istədiyi nəticəni dərhal verəcəyini gözləmir: “Birbaşa nəticə
verəcək bir sanksiyalar yoxdur”.