Avropa Komissiyasının Rusiyaya qarşı 9-cu sanksiyalar paketinin detalları bəlli olub.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.
O qeyd edib ki, ilk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil olunub. Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar, siyasi partiyalar və s. var.
Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib, xüsusilə ikili təyinatlı mallara yeni ixrac nəzarəti və məhdudiyyətlər var. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir. Belə ki, dron mühərriklərinin birbaşa Rusiyaya ixracına və bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrə, məsələn, İrana ixracına qadağa qoyulacaq.
Bundan əlavə, Avropa Rusiya təbliğatının yayılması üçün bütün telekanalların yayımına qadağa qoyulub.