İranın məkrli planı: Ermənistana raketlər verilir – Video

İranın məkrli planı: Ermənistana raketlər verilir – Video

Noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 İran vətəndaşının gəlişi ilə bağlı Tehranın daha bir məkrli planı üzə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat əldə olunub. Belə ki, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl – oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah – 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə olunub.

İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Musavat.com məsələ ilə bağlı şok detalları əldə edib. Belə ki, əldə etdiyimiz məlumata görə oktyabrın 24 və 30-da Ermənistan vətəndaşı Yura Baqdasaryanın idarə etdiyi mikroavtobusla Qarabağa gətirilən İran vətəndaşlarının buradakı qanunsuz erməni silahlı dəstələrə təlim keçdiyi təsdiqlənir.

İranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında – İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehjlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı dəstələr bölgəyə göndərilib.

Məlumata görə, bir qrup iranlı eyni missiya ilə Ermənistana da gedib, digər qrup isə hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış hərbi birləşmələrə təlim üçün Qarabağa keçib.

Onu da qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər, az qala, dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

Hələ ki, İran susqunluq nümayiş etdirir. Ancaq bu, belə davam edə bilməz. İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda məsələyə gec-tez aydınlıq gətirməli olacaq.

Teqlər: