Rusiyaya növbəti kütləvi hücum: dağıntılar var

Rusiyaya növbəti kütləvi hücum: dağıntılar var

Rusiya hava hücumundan müdafiə bölmələri Morozovsk və Taqanroqa yaxınlaşan pilotsuz təyyarələrin kütləvi hücumunu dəf edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə pilotsuz təyyarə Morozovska yaxınlaşarkən məhv edilib.

“İlkin məlumatlara görə, PUA-ların Taqanroqa kütləvi hücumu nəticəsində ölən olmayıb. Nəticələrin aradan qaldırılmasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun həyatı üçün heç bir təhlükə yoxdur”, – o bildirib.

Teqlər: