Rusiyaya görə İrəvana ciddi təzyiq başlayır

Rusiyaya görə İrəvana ciddi təzyiq başlayır

Rusiya ilə əməkdaşlığa görə Ermənistana ciddi təzyiqlər olacaq.

AzerTimes xəbər verir ki, bunu alman politoloq Aleksandr Rar deyib.

“AB-nin bu yaxınlarda qəbul edilmiş onuncu sanksiya paketinə nəzər salsanız, görərsiniz ki, o, əsasən Rusiya ilə əməkdaşlığa çalışan ölkələri neytrallaşdırmaq və hətta cəzalandırmaq məqsədi daşıyır”, – politoloq bildirib.

Rar qeyd edib ki, Moskva ilə əməkdaşlığı azaltmaq üçün İrəvana da güclü təzyiqlər ediləcək:

“Düşünürəm ki, bununla amerikalılar məşğul olacaqlar. Necə ki, hazırda Mərkəzi Asiyada bu prosesi başladıblar. Cənubi Qafqazda da bunu edəcəklər”.

Xatırladaq ki, fevralın sonunda AB Rusiyaya 10-cu sanksiyalar paketini qəbul edib. Yeni məhdudlaşdırıcı tədbirlərə idxal və ixraca, bank sektoruna və ikili istifadə texnologiyalarına çıxışa əhəmiyyətli məhdudiyyətlər daxildir.

Teqlər: