Rusiyaya görə indi də bu ölkəni cəzalandırırlar

Rusiyaya görə indi də bu ölkəni cəzalandırırlar

Qərbin Serbiyanı Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə məcbur etməsi üçün təzyiq göstərməsi qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

“Burada real siyasət yoxdur, amma Serbiyanı inadkarlığına, prinsipial mövqeyinə, milli maraqlarını müdafiə etdiyinə görə cəzalandırmaq istəyi var. Biz görürük ki, onlar artıq sərhədi keçiblər, çünki Rusiyaya qarşı sanksiyalar qeyri-qanunidir və bu, açıq-aydındır. Rusiyaya sanksiyaların sayı artıq 12 minə çatıb, amma indi bizə qarşı elə sanksiyalar tətbiq edirlər ki, Serbiyanı Rusiya neftinə birbaşa çıxışdan məhrum etməklə cəzalandırsınlar”, – Qruşko qeyd edib.

Teqlər: