Rusiyaya casusluq edən Almaniya vətəndaşı saxlanıldı

Rusiyaya casusluq edən Almaniya vətəndaşı saxlanıldı

Münhendə vətənə xəyanətdə şübhəli bilinən Almaniya vətəndaşı saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Rusiyanın xeyrinə casusluqda ittiham olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşının həbs edilməsindən sonra onun ortağı da saxlanılıb.

Karlsrue şəhər prokurorluğunun verdiyi məlumatda qeyd olunub ki, saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanlarına gizli məlumatlar ötürməkdə ittiham olunur.

Teqlər: