Rusiyaya atılan raketlər vuruldu

Rusiyaya atılan raketlər vuruldu

Rusiyanın Belqorod vilayəti üzərində Ukrayna bölmələri tərəfindən atılan raketlər vurulub.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, havadan müdafiə sistemləri raketləri Kuleşovka kəndi üzərində məhv edib.

Qladkov hadisədə hər hansı şəxsin yaralanmadığını, yalnız elektrikötürücü naqilin zədələndiyini əlavə edib.

Teqlər: