Rusiyasız sülh olmayacaq – Nehammer

Rusiyasız sülh olmayacaq – Nehammer

Rusiya Avropanın bir hissəsi olaraq qalır və bu o deməkdir ki, Qərb onunla dinc yanaşı yaşamaq yollarını axtarmalı olacaq.

AzerTimes xəbər verir ki, bunu Avstriya kansleri Karl Nehammer deyib.

“Rusiyasız sülh olmayacaq. Rusiyanı mental olaraq Avropadan kənarlaşdırmaq olmaz. Müharibədən sonra yenidən bir-birimizlə mövcud olmağın yollarını tapmaq vacib olacaq. Təbii ki, bu, həm də Rusiya tərəfdən hərəkətliliyi nəzərdə tutur”, – Nehammer bildirib.

Nehammer bununla yanaşı bildirib ki, Rusiya ilə bütün danışıqlar ukraynalıların arxasında aparılmamalıdır.

Teqlər: