Rusiyanın yanğınsöndürən təyyarəsi Türkiyədə qəzaya uğrayıb, 8 nəfər ölüb

Türkiyədə Rusiyanın Be-200 yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, təyyarə Muğla vilayətində baş verən yanğınların söndürülməsində iştirak edib. Bildirilir ki, təyyarə su götürdükdən sonra lazımi hündürlüyü toplaya bilməyib və qayaya çırpılıb.


Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, göyərtədə 8 nəfər olub: 5 rus hərbçisi və 3 Türkiyə nümayəndəsi. Ekipaj üzvlərindən heç kim xilas olmayıb.