Bakının mərkəzində ev yanır

Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində fərdi yaşayış evində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Teqlər: