Avropanın şərqində neytral dövlət olaraq qalmaq mümkün deyil və Ukraynanı Qərbin strukturları ilə yaxınlaşma yolunda dəstəkləmək, Rusiya ilə müharibədə kömək etmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Putinlə dialoqa qarşı deyiləm. Amma bu, elə olmalıdır ki, danışıqlara getməyi Putin istəsin, Avropa liderləri deyil. Rusiyanın vintlərini elə sıxmaq və Ukraynaya elə kömək etmək lazımdır ki, Putin danışıq istəsin”, – Duda bildirib.