Rusiyanın tələbi: BMT TŞ-nin iclası keçiriləcək

Rusiyanın tələbi: BMT TŞ-nin iclası keçiriləcək

Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska hücumu ilə əlaqədar Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası sabah keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb.

Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib. Hücum nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.

Teqlər: