Rusiyanın Slavyanska qanlı hücumu: 2 ölü, 32 yaralı

Rusiyanın Slavyanska qanlı hücumu: 2 ölü, 32 yaralı

Rusiya qoşunları Donetsk vilayətinin Slovyansk şəhərinə raket hücumu həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Donetsk vilayəti üzrə Milli Polisin Baş İdarəsi məlumat yayıb.

Polisin məlumatına görə, inzibati binalar, beş çoxmərtəbəli və yeddi fərdi yaşayış evi dağılıb, 10 avtomobilə ziyan dəyib.

Raket hücumu nəticəsində 2 nəfər ölüb, 32-si isə yaralanıb.

Teqlər: