Rusiyanın Sevastopolda olan gəmilərinin sayı…

Rusiyanın Sevastopolda olan gəmilərinin sayı…

Hazırda Rusiya Qara Dəniz Donanmasının gəmilərinin ümumi sayının 2/3-si Krımın sahillərinə yaxın ərazidə yerləşir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko deyib.

“Hazırda Sevastopolda təxminən 65 gəmi, qayıq və yardımçı gəmi var. Onların hamısı yeni deyil, əsasən sovet istehsalıdır, lakin Sevastopoldadırlar. Çox nadir hallarda dənizə çıxırlar. Raket qayıqları var, onlar Krımın qərb hissəsində yerləşir. Onların vəzifəsi mülki gəmilərin Qara dənizin mərkəzi hissəsindən bizim limanlarımıza getdikləri təqdirdə onların qarşısını almaqdır”, – o qeyd edib.

O bildirib ki, Rusiya qüvvələrinin az sayda gəmisi Feodosiya və Kerçdə yerləşir. Onlar isə əsasən təmirdədirlər.

Teqlər: