Rusiyanın şərqındə dörd zəlzələ qeydə alınıb

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3.9 maqnitudaya qədər dörd zəlzələ qeydə alıblar.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

“Yeraltı təkanların maqnitudası 2.2 və 3.9, ocaqları 31-173 kilometr arası dərinlikdə olublar”, – filialın məlumatında deyilir.

Sunami təhlükəsi elan edilməyib.