AB Rusiya Prezidenti Vladimir Putinin təbii qaz tədarükündə etdiyi şantaja koordinasiyalı şəkildə cavab verməlidir.
AzerTimes xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib.
O bildirib ki, Putinin Ukraynaya müdaxiləsi despotik avtoritarizmi qanuniləşdirmək məqsədi daşıyır:
“Ukraynadakı müharibədə biz özünü müdafiə edənləri, demokratiya və azadlığı dəstəkləyirik”.