Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq

4 iyul 2021-ci ildən etibarən Rusiyanın “S7 Airlines” aviaşirkəti Voronejdən Azərbaycana uçuşlara başlamağı planlaşdırır.

Trend aviaşirkətə istinadən xəbər verir ki, təyyarələr bu il oktyabrın 24-dək planlaşdırılan proqrama uyğun olaraq həftədə bir dəfə – hər bazar günü Bakıya və geriyə uçacaqlar.

Təyyarələr Bakıdan 05:10-da (GMT +4) yola düşəcək və Voronejə 06:45-də (GMT +3) çatacaq, Voronejdən 08:45-də (GMT +3) qalxacaq və 12:00-da Bakıya enəcək.


Qeyd edək ki, S7 Hava Yolları 4 iyuldan etibarən Saratov-Bakı marşrutu üzrə də uçuşlara başlayacaq.

Xatırladaq ki, Rusiya tərəfi iyunun 28-dən etibarən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən uçuşların sayını artırmağı planlaşdırır.

Teqlər: