Rusiyanın qoşunlarını geri çəkməsi danışıqlar üçün müsbət zəmin yaratmaq məqsədi daşıyır – Peskov

Rusiya qoşunlarını Ukraynanın şimalından geri çəkməklə Moskva
ilə Kiyev arasındakı danışıqlara müsbət zəmin yaranması üçün
xoşniyyətli addım atıb.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov Fransa mətbuatına müsahibəsində deyib.

“Biz danışıqlara müsbət zəmin yaratmaq üçün xoş niyyət qismində
bu addımı atdıq. Biz danışıqların gedişində ciddi qərarlar qəbul
edə bilərik, ona görə də prezident Vladimir Putin qoşunların
regiondan çıxarılması ilə bağlı göstəriş verdi”, – deyə D.Peskov
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)