Rusiyanın qondarma “DXR və LХR” tanıması qərarı Minsk razılaşmalarının pozulmasıdır – Türkiyə XİN

Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk
respublikaları”nı tanımaq qərarı Minsk razılaşmalarının pozulması,
eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün açıq
şəkildə pozulmasıdır.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər
Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edir və rədd
edirik.

Biz Ukraynanın ərazi bütövlüyünü qorunmasına sadiqliyimizi
vurğulayır və bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə
çağırırıq”, – bəyanatda deyilir.

Teqlər: