Co Bayden Rusiyanın qondarma “DXR” və “LXR”-i tanıması ilə bağlı sanksiyaları təsdiq edib

ABŞ prezidenti Co Bayden bazar ertəsi Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın (“DNR” və “LNR”)
suverenliyinin tanıması ilə əlaqədar sanksiyalar haqqında fərman
imzalayıb.

Trend xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı
məlumata görə, sənəd, həmçinin, ABŞ vətəndaşları üçün “DXR” və “LXR”-də yeni investisiyalara qadağa qoyur.

Fərman ABŞ-dan “DXR” və “LXR”-ə malların, xidmətlərin və
texnologiyaların ixracını, təkrar ixracını, satışını, tədarükünü
qadağan edir.

ABŞ prezidenti bəyan edib ki, “respublikaların” tanınması Rusiya
Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və
Ukraynanın sülh və sabitliyini daha da təhdid edir. Ağ Ev rəhbəri
Konqres liderlərinə ünvanladığı məktubda Rusiyanın qərarının ABŞ-ın
milli təhlükəsizliyi və xarici siyasətinə “təhdid yaratdığını”
iddia edir.

Teqlər: