Bu gün səhər saatlarında Qırğızıstanın polis orqanlarına Rusiya səfirliyində partlayıcı qurğunun olması barədə anonim məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Polis əməkdaşları səfirliyin binasını yoxlayıb, lakin şübhəli heç nə tapmayıblar”, – məlumatda deyilir.
Qeyd edək ki, anonim zəng zamanı rusiya diplomatları binadan təxliyə edilməyib.