Paşayeva bu il şəhid olan əsgərin anası ilə görüşdü

Paşayeva bu il şəhid olan əsgərin anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima Tanrıverdiyeva ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Ayaz Azər oğlu Nəzərov (16.07.1998, Bozalqanlı, Tovuz – 11.01.2022, Kəlbəcər) Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. O, iki il altı ay idi Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

Ermənistan silahlı qüvvələrinin bu il yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində şəhid olan Ayaz Nəzərovun nəşi 12 yanvarda doğulub boya-başa çatdığı Bozalqanlı kəndində dəfn olunub.

Ruhu şad olsun!

Teqlər: