Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür edin… – Podolyak

Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür edin… – Podolyak

Ramşteyn formatının hər bir iştirakçısı gözlərini yummalı və Rusiyanın qalib gəldiyi dünyanı təsəvvür etməlidir. Kruasan üçün səhər raketləri, laylalar üçün gecə sirenaları, min illik tarixi olan şəhərlərin yoxa çıxması.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Silah tədarükünün hazırkı tempi qorunub saxlanılarsa, bu dünya reallığına çevriləcək. Biz qərar gözləyirik”, – Podolyak bildirib.

Qeyd edək ki, iyunun 15-də Brüsseldə Ukraynaya yardım üzrə müdafiə nazirlərinin əlaqələndirmə qrupunun növbəti iclası (Ramşteyn formatı) keçiriləcək.

Teqlər: