Rusiyanın Niderlanddakı səfirliyinə partlayıcı qurğu atılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Niderlanddakı səfirliyinin konsulluq şöbəsinin
ərazisinə partlayıcı qurğu atılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya səfiri Aleksandr Şulgin
deyib.

Onun sözlərinə görə, hadisə ötən gün baş verib, qurğu işə
düşməyib.


Səfir əlavə edib ki, öz ünvanına, eləcə də səfirliyin digər
əməkdaşlarının ünvanına təhdidlər gəlməkdədir.