Rusiyanın neft və qaz gəlirləri kəskin azaldı

Rusiyanın neft və qaz gəlirləri kəskin azaldı

2023-cü ilin yanvar-fevral ayları üçün Rusiyanın neft və qaz gəlirləri 2022-ci illə müqayisədə 46% azalaraq 947 milyard rubl təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın neft və qaz gəlirlərinin aşağı düşməsi “Urals” nefti üçün kotirovkaların və qaz ixracının azalması ilə bağlıdır:

“İlin əvvəlində büdcə gəlirləri 25% azalaraq 3,163 trilyon rubl, xərclər isə 52% artaraq 5,744 trilyon rubl təşkil edib. 2023-cü ilin yanvar-fevral aylarında Rusiyanın dövlət satınalmalarına xərcləri 2,074 trilyon rubl olub. Ötən ilin analoji dövründə isə bu rəqəm 654 milyard rubl idi”.

Teqlər: