Rusiyanın nə qədər raket ehtiyatı qalıb?

Rusiyanın nə qədər raket ehtiyatı qalıb?

Ukraynada müharibə başlayandan Rusiya öz raketlərinin 60 faizindən yararlanıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, Rusiyanın silah arsenalında keçmiş SSRİ-dən qalma çoxlu sayda raket olduğundan ümumi sayı bilmək çətindir:

“Ehtiyatda olan – Rusiyanın iddia etdiyinə görə yüksək dəqiqiliklə hədəfi vurmaq qabiliyyətli – “İsgəndər”, “Kalibr” sistemləri, “X-101”, “X-555” tipli qanadlı raketlərin 55-60 faizi istifadə olunub”.

Teqlər: