Rusiyanın mövqelərinə güclü zərbələr endirildi

Rusiyanın mövqelərinə güclü zərbələr endirildi

Son sutka ərzində ukraynalı hərbçilər Rusiyaya məxsus silah-sursat anbarını və müxtəlif növ hərbi texnikanı məhv ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna aviasiyası Rusiya canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Eyni zamanda, Ukrayna raketləri düşmənin iki artilleriya bölməsini, sursat anbarını, idarəetmə mərkəzini və zenit-raket kompleksini vurub.

Baş Qərargahın məlumatına görə, ruslar müharibə qanunlarına və adətlərinə məhəl qoymur və terror taktikalarından istifadə edərək həm hərbi, həm də mülki obyektləri atəşə tutur. Belə ki, Rusiyanın son 24 saat ərzində atəşə tutması nəticəsində dinc sakinlər həlak olub və yaralanıb, yaşayış binaları və digər infrastruktur dağıdılıb.

Ümumilikdə, Rusiya gün ərzində üç raket və 25 hava hücumu həyata keçirib, həmçinin Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv raket sistemlərindən 36 hücum edib.

Teqlər: